ABŞ dövlət katibi Entoni Blinken iyulun 9-dan 15-dək Böyük Britaniya, Litva və İndoneziyaya səfər edəcək.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Departament Blinkenin əvvəlcə ABŞ prezidenti Co Baydenin nümayəndə heyətinin tərkibində Londona, daha sonra isə iyulun 11-12-də NATO sammitinin keçiriləcəyi Vilnüsə gedəcəyini bildirib.
Daha sonra Blinken Cakartaya səfər edəcək. Orada xarici işlər nazirləri səviyyəsində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının, Şərqi Asiya Sammitinin və ASEAN Regional Təhlükəsizlik Forumunun tədbirlərində iştirak edəcək.
Blinken görüşlərdə Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat, Cənubi Çin dənizindəki vəziyyət, iqlim dəyişikliyi ilə mübarizə, eləcə də Myanmadakı vəziyyətlə bağlı müzakirələrə qatılacaq. Bundan başqa, Blinken ABŞ-İndoneziya Strateji Dialoqunun ikinci mərhələsinə həmsədrlik edəcək.
Azpost.info