BMT Baş katibi Antoniu Quttereş Novruz bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.
Baş katib Twiter hesabındakı paylaşımında bunları qeyd edib:
“Bəşəriyyət misli görünməmiş çağırışlarla üzləşdiyi bir vaxtda gəlin Novruzun həmrəylik ruhunu rəhbər tutaq və harmoniyada yaşamaq və planetimizi qorumaq öhdəliyimizi təzələyək.
Hər kəsə xoşbəxt, sağlam və dinc Novruz diləyirəm”.