BMT Baş katibi “taxıl sazişi”nin bərpası ilə bağlı razılaşmanı alqışlayıb

BMT Baş katibi Antonio Quterreş “taxıl sazişi”nin bərpası ilə bağlı razılaşmanı alqışlayıb.

“Ukraynadan taxıl, ərzaq və gübrə ixracında təhlükəsiz daşınmaların təmin edilməsi üçün taxıl təşəbbüsünün davam etdirilməsi ilə bağlı bütün tərəflərin razılaşmalarını alqışlayıram”, – Qutereş bildirib.

Günün əvvəlində Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov “taxıl sazişi”nin 120 gün müddətinə uzadılacağını bildirmişdi. Daha sonra bu məlumatı ölkə prezidenti Vladimir Zelenski də təsdiqlədi.

Azpost.info

Əvvəlki məqalə

“Ünvanlı yardımı ləğv edib, uşaqpulu vermək lazımdır” –

Sonrakı məqalə

“AZAL-ın qiymətləri dövlətin təhlükəsizliyini təhdid edir” –