BMT Baş katibi Antonio Quterreş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərmək üçün 1 milyard dollar toplamağa çağırıb.
Azpost.info xəbər verir ki, Baş katib bu məbləğin 5,2 milyon insana kömək edəcəyini, həmçinin ölkədə humanitar təşkilatların işini sürətləndirəcəyini deyib.
“Ehtiyaclar böyükdür, insanlar əziyyət çəkir, vaxt itirmək olmaz. Mən beynəlxalq ictimaiyyəti dövrümüzün ən böyük təbii fəlakətlərindən birinə qarşı bu kritik cavab səylərini gücləndirməyə çağırıram”, – Quterreş qeyd edib.
Baş katibin təklifini BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin rəhbəri Martin Qriffits də dəstəkləyib və Türkiyəyə lazımi dəstəyin göstərilməsinə çağırıb.
Azpost.info