BMT bütün dünyada jurnalistlərə qarşı hücumları dayandırmağa çağırıb

BMT Baş katibi Antonio Quterreş bütün dünyada jurnalistlərə qarşı hücumları dayandırmağa çağırıb.

Azpost.info xəbər verir ki, 3 May Ümumdünya Mətbuat Azadlığı Günündə Quterreş demokratiya və ədalətin əsas prinsipi kimi media azadlığının vacibliyini xatırladıb.

“Azad jurnalistika hamımıza fikir formalaşdırmaq və güclərə həqiqəti söyləmək üçün lazım olan faktları verir”, – Baş katib deyib.

Quterreş bildirib ki, media sənayesinin bir neçə şəxsin əlində cəmləşməsi, onlarla müstəqil xəbər təşkilatının maliyyə iflası, jurnalist fəaliyyətini boğan milli qanun və qaydaların çoxalması senzuranı daha da artırır və söz azadlığını təhdid edir.

BMT baş katibinin sözlərinə görə, 2022-ci ildə azı 67 media işçisi öldürülüb və bu, bir il əvvəlkindən 50 faiz çoxdur: “Jurnalistlər peşə vəzifələrini yerinə yetirmək istəyərkən məqsədyönlü hücumların qurbanı olublar. Qadın jurnalistlərin demək olar ki, dörddə üçü onlayn zorakılığa məruz qalıb və hər dörddə biri fiziki təhdidlərlə üzləşib. Təhdidləri və hücumları dayandırın. Jurnalistləri öz işlərini gördüklərinə görə saxlamağı və həbs etməyi dayandırın. Yalan və dezinformasiyaya son qoyun”.

Azpost.info

Əvvəlki məqalə

“Digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir” –

Sonrakı məqalə

İsmayıllıda məktəbin 2-ci mərtəbəsindən yıxılan şagirdin vəziyyəti açıqlanıb