BMT-nin Baş katibi COP29-da iştirak etmək üçün Bakıya gələcək –AÇIQLAMA

BMT-nin baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransında iştirak etmək üçün Bakıya gəlməyi planlaşdırır.

Azpost.info bildirir ki, baş katib bu barədə TASS-a eksklüziv müsahibəsində deyib.

“Bəli, əlbəttə”, – o, konfransda iştirak etmək planları ilə bağlı suala cavab verib. “Mən həmişə COP  konfranslarında iştirak edirəm, toplantının əvvəlində və sonunda gəlirəm”.

“Gözləntim var ki, bu konfrans dəyişikliklər, uçuruma doğru getdiyimizin qlobal şəkildə etiraf anı olacaq” – Quterreş əlavə edib.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.