“BMT-nin gücü çatmadı, bizə daha təsirli qurum lazımdır”- Braziliya prezidenti

“BMT Təhlükəsizlik Şurasının sülh danışıqları aparmaq gücü olsaydı, Ukraynada heç bir münaqişə olmayacaqdı”.

Azpost.info xəbər verir ki, bunu Braziliya prezidenti Lula da Silva “Tviter” hesabında yazıb.

“Rusiya və Ukrayna prezidentləri sülhdən danışmır, çünki hər ikisi qalib gələcəyinə əmindir. Bizə qərar vermək üçün çəkisi və gücü olan daha ciddi qurum lazımdır. Bu, iqlim məsələsində də vacibdir”, – Silva bildirib.

Braziliya liderinin fikrincə, yalnız sülh çoxlu sayda insanın ölümünün qarşısını alacaq: “Braziliya Çin, Hindistan və İndoneziya kimi ölkələr sülhün qurulmasına sadiqdirlər”.

Azpost.info

Əvvəlki məqalə

Milli Məclisin və ATƏT PA-nın birgə təşkilatçılığı ilə konfrans keçirilir

Sonrakı məqalə

“ABŞ Krımla bağlı məsuliyyətsiz bəyanatlar verir”