“Bölgəmizin müharibəyə tab gətirə bilməyəcəyini Putinə, Zelenskiyə demişdik” –ƏRDOĞAN

“Rusiya və Ukrayna arasında olan gərginliyin isti münaqişəyə çevrilməsindən kədərliyik”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə bu böhranın faciəyə çevrilməməsi üçün çox güc sərf edib və hələ də sərf edir.

‘Həm Zelenski, həm də Putinlə danışıqlarımız zamanı məsələnin dialoq və diplomatiya yolu ilə həll olunmasını vacibliyini vurğulamışıq. Qeyri-sabitliklə mübarizə aparan bölgəmizin yeni böhran, xüsusən də, ağır mahiyyəti olacaq bir müharibəyə tab gətirə bilməyəcəyini açıq şəkildə ifadə etdik’, – deyə o qeyd edib.

Bundan əlavə, Ərdoğan Türkiyə ölkələrin ərazi bütövlüyü və suverenliyini müdafiə edən siyasətini Ukrayna məsələsində də sərgilədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan banklarının kartları Rusiyada işləməyəcək

Sonrakı məqalə

Rusiya Venesiya Komissiyasından kənarlaşdırılır