Bolqarıstan NATO döyüşçüləri üçün hərbi şəhərcik qurur- 50 milyon avro xərcləyəcək

Bolqarıstan çoxmillətli NATO döyüş qrupunun yerləşdirilməsi üçün öz ərazisində hərbi şəhərcik quracaq.

Azpost.info xəbər verir ki, layihənin dəyəri 50 milyon avrodan çox qiymətləndirilir.

Bunu müdafiə naziri Todor Taqarev parlamentin müdafiə məsələləri üzrə komissiyasının iclası zamanı bildirib.

“Zəruri infrastrukturun, o cümlədən kazarmaların, hərbi texnikanın saxlanması üçün binaların və NATO-nun çoxmillətli döyüş qrupu üçün yol şəbəkəsinin tikintisi bizə təqribən 50 milyon avroya başa gələcək. Nəticədə kiçik şəhərcik yaradılacaq. Baza 2025-ci ilə qədər hazır olmalıdır”, – nazir qeyd edib.

Onun sözlərinə görə, hərbi şəhərciyin yeri ilə bağlı yekun qərar hələ qəbul edilməyib, lakin lazımi vəsaitin bir hissəsini NATO təmin edəcək.

Döyüş qrupu Bolqarıstanın cənub-şərqindəki Yambol bölgəsindəki iki hərbi bazada yerləşdirilə bilər.

Azpost.info

 

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Ermənistan Azərbaycanla sərhəddə səngərlər qazır