Bolqarıstanın keçmiş Baş naziri və GERB Partiyasının sədri Boyko Borisov polis əməliyyatı zamanı saxlanılıb.
Bu barədə Bolqarıstan Milli Radiiosu polisdəki mənbəyə istinadla məlumat verib.
Radionun məlumatına görə, Avropa prokurorluğu Bolqarıstan üçün ayrılmış vəsaitlərin mənimsənilməsi ilə bağlı 120 faktı araşdırır.
Bolqarıstan Milli Televiziyasının məlumatına görə, əməliyyat zamanı keçmiş maliyyə naziri, büdcə komissiyasının sədri və partiya üzvləri də saxlanılıb.