Bolqarıstanlı məşqçi Gənclər və idman nazirinin müavini təyin olundu –

SƏRƏNCAM
29 Noyabr 2021 - 17:55

Prezident İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli digər sərəncamı ilə Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mariana Vasileva bədii gimnastika üzrə millimizin baş məşqçisidir.

Mariana Vasileva-Toteva 6 iyul 1974-cü ildə Bolqarıstanda anadan olub. Bolqarıstanın Sofiya şəhərindəki gimnastika klubunda çalışıb. 2007-ci ildə Azərbaycan Gimnastika Federasiyasından məşqçi işləməsi üçün dəvət alıb və Azərbaycanda çalışmağa başlayıb. 2009-cu ildən o, Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib. Ailəlidir, iki uşağı var.