Bolşevik rəhbəri Leninin dəfnindən GÖRÜNTÜLƏR –100 il əvvəl çəkilmiş nadir KİNOXRONİKA

Yüz il əvvəl-1924-cü ilin yanvarın 23-də Sovet Rusiyasının rəhbəri, bolşevik partiyasının lideri Vladimir Lenin vəfat edib. 

Azpost.info bildirir ki, Rusiya Dövlət Kino və Foto Sənədlər Arxivi (RGAKFD) 100 il əvvəl kinolentə çəkilmiş V. İ. Leninin dəfn mərasiminin sənədli fraqmentlərini yayımlayıb.

Nadir kadrlarda dəfn mərasimində iştirak edən sovet dövlət rəhbərlərini görmək olur. Partiya və dövlət rəhbərləri  Leninin cənazəsi olan tabutun önündə fəxri qarovulda durublar. Kadrlarda Stalin, F. Dzerjinski , G.E.Zinovyev, A.İ.Rıkov, V.M. Molotov, N.I. Muralov,E.A. Preobrajenski, G.I. Petrovski, M.N. Pokrovski, G.L. Pyatakov, K.B. Radek, J.E. Rudzutak, Semaşko və başqalarını görmək olur. Tabutun başında Leninin həyat yoldaşı N.Krupskaya və Leninin bacıları durub.

Görünütlərdə Leninin tabutun evdən çıxarılması, Moskva küçələrində dəfn nümayişi. Qırmızı Meydanda dəfn mərasimi əks olunub.

1917-ci il oktyabr çevrilişi ilə sovet dövlətinin əsasını qoymuş Lenin 7 il ona başçılıq edib.

Onun zamanında çar Rusiyasının dövründəki ərazilər sovetləşdirilib. Rusiya imperiyasının dağılmasından sonra yaranan müstəqil dövlətlər işğal edilib.

Bu sırada 1920-ci ildə sovet Rusiyası tərəfindən işğal olunmuş Azərbaycan Xalq Cumhuriyyəti də var.

Lenin “hərbi kommunizm”in, “Qırmızı Terror”un, “Yeni İqtisadi Siyasət”in ideoloqu, sovet respublikalarının vahid dövləti olan Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaradıcısı olub.

Vladimir Lenin 1924-cü ilin yanvarın 23-də ölüb. Cəsədi balzamlanaraq Kremldə mavzoleyə qoyulub. Bu  günə qədər Leninin mumiyası Kreml divarları qarşısındakı mavzoleydə saxlanılır.

Azpost.info

 

 

 

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.