Borrel “taxıl sazişi”nin bərpasına görə BMT və Türkiyəyə təşəkkür etdi

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel Rusiyanın “taxıl sazişi”ni bərpa etməsində göstərdiyi səylərə görə Türkiyə və BMT-yə təşəkkür edib.

Azpost.info xəbər verir ki, Borrel bu barədə “Tviter” hesabında yazıb.

Borrel hesab edir ki, ərzaqdan silah kimi istifadə olunması yolverilməzdir: “Aİ Rusiyanın Qara Dəniz “taxıl təşəbbüsünə” qayıtmaq qərarında BMT və Türkiyənin roluna görə minnətdardır. Ərzaq heç vaxt müharibə silahı kimi istifadə edilməməlidir. Taxıl ixracı Rusiya tərəfindən daha da şiddətlənən qlobal ərzaq böhranının aradan qaldırılması üçün çox vacibdir”.

Azpost.info

Əvvəlki məqalə

DSX əsgəri özünü güllələyib

Sonrakı məqalə

“Böyük Qayıdış” Dövlət proqramının layihəsi hökumətə təqdim edilib