“Boynunda kölə zənciri ilə İrana gətirəcəyik”- SEPAH Netanyahunu hədələdi

SEPAH-ın İsfahan əyaləti üzrə komandir müavini Moctəba Fəda İsrailin keçmiş Baş naziri Binyamin Netanyahunu hədələyib.

Azpost.info xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.

Müctəba Fəda Netanyahunu oğurlayacağını və boynunda kölə zənciri ilə İrana gətirəcəyini deyib.

“Sionist rejimin keçmiş baş naziri ümid edirdi ki, İrandakı etirazlar onun Tehrana gəlməsinə imkan verəcək. Amma Allah qoysa, İslam Respublikası qalib gələcək və Netanyahunu boynunda kölə zənciri ilə İrana gətirəcəyik”, – Moctəba Fəda deyib.

Qeyd edək ki, İran hakimiyyəti ölkədəki iğtişaşlarda İsrail, ABŞ, Britaniya və Səudiyyə Ərəbistanının kəşfiyyat orqanlarının əli olduğundan şübhələnir. Tehran hesab edir ki, iğtişaşların əksəriyyətinin planlaşdırılması və həyata keçirilməsi “Mossad” tərəfindən təkfirçi qruplarla əməkdaşlıq çərçivəsində həyata keçirilib. Məqsəd də ölkədə təhlükəsizliyi pozmaq olub.

Azpost.info

 

Əvvəlki məqalə

“Ermənistanla sülh müqaviləsinin imzalanmasını gözləmirəm” –

Sonrakı məqalə

“Türkiyənin narahatlığına hörmətlə yanaşırıq, lakin…”