Böyük Britaniya Avropa İttifaqından nə vaxt çıxacaq?- Boris Conson açıqladı

Birləşmiş Krallıq 2020-ci il yanvarın 31-nə qədər Brexit prosesini həyata keçirərək Avropa İttifaqını tərk edəcək.

Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson Londonda seçiciləri qarşısında çıxış edərkən deyib.

“Biz Brexit prosesini vaxtında, yanvarın 31-dək həyata keçirəcəyik. Artıq “amma”, “əgər”, “ola bilər” kimi şərtlərə yer yoxdur. Qanunlarımız, sərhədlərimiz, maliyyəmiz, ticarətimiz və miqrasiya sistemimiz üzərində nəzarəti özümüzə qaytaracağıq”, – deyə Boris Conson çıxışı zamanı bildirib. Hökumət başçısı, həmçinin dekabrın 12-də ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin Brexit üzrə təkrar referendum təhlükəsini aradan qaldırdığını vurğulayıb.

Hazırda Böyük Britaniyada keçirilən parlament seçkilərindən sonra iki məntəqə istisna olmaqla, səslərin hesablanması başa çatıb. Mühafizəkarlar Britaniya parlamentinin 650 yerlik İcmalar palatasında 363 mandat əldə edib. Leyboristlər isə böyük məğlubiyyətlə üzləşib(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Neftin qiyməti son 3 ayın maksimumuna yüksəlib

Sonrakı məqalə

Əhməd Davudoğlu yeni partiya yaratdı