Böyük Britaniya yeni sanksiya tətbiq edəcəyi şəxslərin və qurumların adlarını açıqlayıb

Böyük Britaniya sanksiya tətbiq edəcəyi yeni şəxslərin və qurumların adlarını açıqlayıb.

Böyük Britaniya hökuməti Rusiya Silahlı Qüvvələrinin komandanı polkovnik-leytenant Azatbek Omurbekov, Rusiya Hərbi Hava Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov və Rusiya Xüsusi Əməliyyat Qüvvələrinin komandanı general-mayor Valeri Flyustikova qarşı sanksiya qərarı qəbul etdiyini açıqlayıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, sanksiya tətbiq edilənlər arasında Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-polkovnik Nikolay Boqdanovski və Rusiya Təhlükəsizlik Xidməti rəhbərinin müavini Sergey Borisoviç Korolyov da var.

Nazirlik, həmçinin bəzi qurumlara da sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb. Sanksiya tətbiq edilən qurumlar arasında “Kalaşnikov” şirkəti, Arzamas Maşınqayırma Zavodu və Ukraynaya qarşı hücumlarda istifadə olunan amfibiya zirehli transportyorları istehsal edən hərbi sənaye şirkəti də var. Digər tərəfdən, Böyük Britaniyanın ölkədəki banklarda 900 milyard funt-sterlinqdən çox sərvəti olan rus oliqarxları və onların ailələrinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəldiyi məlumdur.

AZƏRTAC

Əvvəlki məqalə

ABŞ-ın “ExxonMobil” şirkəti Rusiyanı tərk edir

Sonrakı məqalə

Prezident Şuşada yeni tikilən tuneldə maşın sürdü –