“Böyük güclər arasında münaqişə ehtimalı artır” –ABŞ Baş Qərargah rəisi

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley böyük güclər arasında münaqişə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, Milley bu narahatlığını Nümayəndələr Palatasında büdcə dinləmələri zamanı bölüşüb. “Biz getdikcə daha az stabil olan bir dünyaya daxil oluruq və böyük güclər arasında beynəlxalq münaqişənin baş vermə ehtimalı artır”, – general bildirib.

Onun sözlərinə görə, təsirli hərbi potensiala malik Çin və Rusiya kimi qlobal güclər dünya nizamına düzəlişlər etməyə çalışırlar.

Azpost.info

Əvvəlki məqalə

İtaliya 30 rusiyalı diplomatı ölkədən çıxarıb

Sonrakı məqalə

İlon Mask dünyanın ən varlı adamı oldu