Braziliya prezidenti müşavirini Kiyevə göndərir– Zelenski ilə görüşmək üçün

Braziliya prezidenti Luiz İnasio Lula da Silva beynəlxalq məsələlər üzrə müşaviri Selso Amorimi Ukraynaya göndərəcək.

Azpost.info xəbər verir ki, bu barədə prezident katibliyinin rəhbəri Marsio Makedo bildirib.

Braziliyanın keçmiş xarici işlər naziri Amoriminin Kiyevə səfərinin məqsədi Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməkdir.

Selso Amorim Ukrayna münaqişəsi haqqında danışaraq deyib ki, Kiyevə silah tədarükü və anti-Rusiya sanksiyaları dialoqa gətirib çıxarmır, sadəcə olaraq münaqişənin uzanmasına səbəb olur. O qeyd edib ki, Qərbin Moskvanı məğlub etmək istəyi sülh gətirməyəcək.

Braziliyanın xarici işlər naziri Mauro Vieyra Vaşinqtonun Moskva və Pekinin Ukrayna ilə bağlı mövqelərini təkrarladığına görə Braziliya hakimiyyətini qınayan tənqidini qəbul etməyib. Nazir bildirib ki, Ağ Evin bu qənaətə necə gəldiyi aydın deyil.

Azpost.info

Əvvəlki məqalə

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Sonrakı məqalə

Peskovun oğlu “Vaqner”çi kimi Ukraynada döyüşüb