“Braziliya hesab edir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə Qərb ölkələri arasında münasibətlərdəki böhranın həllinə kömək edə bilər”.
Azpost.info xəbər verir ki, bunu Braziliyanın Minskdəki səfiri Bernard Jorq Lukaşenko ilə görüşdə bildirib.
“Rusiya ilə Qərb dövlətləri arasında baş verən qarşıdurmanı görürük. Braziliya dialoqda iştirak etməyə hazırdır. Lakin biz sizi indiki vəziyyəti çox yaxşı bilən, bu dialoqda iştirak edə bilən və vəziyyətin həllinə kömək edə biləcək bir insan kimi görürük”, – səfir deyib.
Azpost.info