Britaniya baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyaya qarşı yönəlmiş yeni beynəlxalq alyans yaratmağı təklif edib.
Azpost.info xəbər verir ki, bu barədə “Corriere Della Sera” məlumat yayıb.
Nəşrin yazdığına görə, Britaniya baş naziri Avropa İttifaqına alternativ olacaq siyasi, iqtisadi və hərbi birlik yaratmaq istəyir: “Yeni alyans Avropa İttifaqının siyasətindən, eləcə də Almaniyanın Rusiyanın hərbi təcavüzünə cavab addımlarından narazı olan ölkələri birləşdirəcək.
Alyansa Böyük Britaniya rəhbərlik edəcək və Ukrayna, Polşa, Estoniya, Latviya, Litva, daha sonra isə Türkiyə ora daxil olacaq”.
“Corriere Della Sera” qeyd edir ki, hələlik Ukrayna Consonun təşəbbüsü ilə bağlı mövqeyini açıqlamayıb: “Zelenski iyunun 23-də Ukraynanın təşkilata üzvlüyə namizəd kimi tanınması məsələsinin həll olunacağı Avropa İttifaqı sammitini gözləyir. Orada qəbul olunacaq qərar Kiyevin Londonun təklifinə necə reaksiya verəcəyinə təsir edə bilər”.
Azpost.info