Britaniyanın müdafiə naziri Ben Uolles istefa verib.
Azpost.info xəbər verir ki, o, istefasının şəxsi və ailəvi səbəblərlə bağlı olduğunu açıqlayıb.
“Britaniya Müdafiə Nazirliyi 2019-cu ildəkindən daha müasir, daha yaxşı maliyyələşən və daha inamlıdır. Bütün dünyada Böyük Britaniyaya onun Silahlı Qüvvələrinə görə hörmət edilir. Ukraynada müharibə başlayandan sonra bu hörmət daha da artıb”, – Uolles istefa məktubunda yazıb.
Qeyd edək ki, Uollesin dövründə ölkə Britaniya Ukrayna üçün əsas silah təchizatçılarından birinə çevrilmişdi.Kil Dünya İqtisadiyyatı İnstitutunun hesablamalarına görə, Böyük Britaniya Ukraynaya ümumi yardımın həcminə görə ABŞ-dan sonra ikinci yerdədir.
Azpost.info