Britaniya Qara dənizə hərbi gəmilər göndərəcək –XİN rəhbərindən açıqlama

Britaniya Qara dənizə hərbi gəmilər göndərmək üçün müttəfiqləri ilə danışıqlar aparır.

Azpost.info xəbər verir ki, bu barədə “The Times” Britaniyanın xarici işlər naziri Liz Trasa istinadən yazıb.

XİN rəhbərinin sözlərinə görə, hərbi gəmilər Ukrayna taxılını ixrac edən gəmiləri müşayiət etmək üçün göndəriləcək. “The Times” yazır ki, müttəfiqlərin donanmaları həyati əhəmiyyətli məhsulların daşınmasının təhlükəsizliyini təmin etmək üçün limanın ətrafını Rusiya minalarından təmizləyəcək.

Rusiyanın dəhlizi sabotaj etmək cəhdlərinin qarşısını almaq üçün Ukraynada uzaqmənzilli raketlərin yerləşdirilməsi də planlaşdırılır.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya Boloniya təhsil sistemindən imtina etməlidir” –

Sonrakı məqalə

Aleksey Navalnının şikayəti təmin edilməyib –