Britaniya Rusiyanın 10 generalına və 2 polkovnikinə sanksiya tətbiq etdi

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, Britaniya Rusiya Silahlı qüvvələrinin komandanlığının 12 əməkdaşını sansksiya siyahısına daxil edib.

“Rusiya ordusunda oynadıqları rola və Ukraynaya qeyri-insani və əsassız müdaxiləyə görə yüksək rütbəli hərbçilərə qarşı sanksiyalar tətbiq edilib. Rus ordusunun Ukrayna şəhərlərinə raket zərbələri endirən hərbi hissə komandirləri – on general və iki polkovnik məhdudiyyətlərə məruz qalıb”, – Britaniya hökumətinin saytında yayılan məlumatda bildirilir.

“Bellingcat”ın xəbərinə görə, Rusiya silahlı qüvvələrinin əsas kompüter mərkəzinə rəhbərlik edən general-mayor Robert Baranova da sansksiya tətbiq edilib.

Azpost.info

 

Əvvəlki məqalə

Müdafiə nazirinin müavini təyin olunan Aqil Qurbanov kimdir? –

Sonrakı məqalə

Aİ Bosniya və Herseqovinaya namizəd ölkə statusu verdi