Britaniya Rusiyadan olan 86 fiziki və hüquqi şəxsə sanksiya tətbiq etdi

Böyük Britaniya Rusiyadan olan 86 fiziki şəxs və şirkətə qarşı sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

“Rusiyanı qlobal maliyyə sistemindən daha da təcrid etmək məqsədilə bugünkü sanksiyalar paketinə beş maliyyə institutu daxil edilib”, – məlumatda deyilir.

Bundan başqa, Britaniya 24 Rusiya vətəndaşı və təşkilatına, “Qazprom Neft”in direktorlar şurasının 13 üzvünə və “Transneft”in direktorlar şurasının 5 üzvünə sanksiya tətbiq edir. “Rosatom” dövlət korporasiyası ilə əlaqəli 9 təşkilat da sanksiya siyahısına daxil edilib.

“Böyük Britaniya Rusiyanın dövlət nüvə şirkəti “Rosatom”la əlaqəsi olan doqquz qurumu siyahıya salmaqla Rusiya kömür, neft və LNG idxalına qadağasını genişləndirir”, – açıqlamada bildirilir.

Azpost.info

 

Əvvəlki məqalə

Hava haqqında

Sonrakı məqalə

“Boşanmaların qarşısını almaq mümkün deyil”-