Britaniya Rusiyanın hərbi rəhbərlərinə sanksiya tətbiq etdi –ADLAR

Britaniya Rusiyanın hərbi rəhbərlərinə sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb. Sanksiya siyahısına daxil edilən 26 fiziki və hüquqi şəxsin arasında Rusiya Hərbi Hava Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Nikolay Vasilyeviç Boqdanovski, Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı, general-mayor Valeri Flustikov və Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahının rəisi, vitse-admiral Andrey Olgertoviç Volojinski də var.

Azpost.info

Əvvəlki məqalə

“Sərsəng su anbarının idarəsi dərhal Azərbaycana verilməlidir” –

Sonrakı məqalə

Prezident diasporun inkişafında xidməti olanları təltif edib –