Britaniya Ukraynaya yüksək dəqiqlikli raketlər verib

Britaniya Ukraynaya modernləşdirilmiş yüksək dəqiqlikli “Brimstone-2” raketlərini verib.

Bu barədə “Daily Telegraph” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, raketlər lazer tuşlama sistemi ilə təmin edilib. Bu da hədəfi daha dəqiq məhv etməyə imkan verir. “Brimstone-2” raketləri həm də zireh əleyhinə effektlidir.

Təyyarədən atılan raket 60 kilometrdəki məsafəni vura bilir. Bir raketin qiyməti 207 000 dollardır.

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Lənkəranda əməliyyat zamanı 19 narkotacir saxlanıldı –