“Serious Fraud Office” (SFO) Böyük Britaniyada Gülnarə Kərimovaya məxsus üç dəbdəbəli mülkü müsadirə edib.
Azpost.info xəbər verir ki, bu barədə nəzarət orqanının bəyanatında deyilir.
Söhbət Londonun prestijli Belqraviya rayonunda yerləşən iki mənzildən və Surreydəki malikanədən gedir. Onların dəyəri 20 milyon funt sterlinqdən çox qiymətləndirilir.
SFO-nun məlumatına görə, Gülnarə Kərimova və ailəsi bu mülkü Özbəkistandakı korrupsiya fəaliyyətindən əldə olunan gəlirlər hesabına alıb.
Gülnarə Kərimova 2019-cu ilin yazından 21 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 2020-ci ilin martında Ali Məhkəmə onun cinayətkar qrup yaratmaq, dələduzluq, mənimsəmə və digər cinayətlərdə ittiham olunaraq 13 il 4 ay müddətinə azadlıqdan məhrum edildiyini bildirib.
Gülnarə Kərimova ilə bağlı İsveçrə, Fransa, ABŞ və bir sıra digər ölkələrdəki aktivlərinin ümumi məbləği təxminən 1,4 milyard dollar qiymətləndirilir. Özbəkistan hökuməti onların bir qismini geri qaytarmağa çalışır.
Azpost.info