Britaniyada rus oliqarxının təyyarəsi saxlanıldı

London Böyük Britaniyaya gələn Rusiya təyyarələrinə həbs qoyulacağını elan etdikdən sonra krallıqda ilk belə təyyarə saxlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya nəqliyyat naziri Qrant Şapps məlumat verib. Sanksiyaları pozaraq Lüksemburqda qeydiyyatdan keçən şəxsi təyyarənin rusiyalı oliqarxa məxsus olduğu ehtimal edilir. “İngiltərənin cənubundakı özəl “Farnboro” hava limanında bir təyyarə rus oliqarxına məxsus olması şübhəsi ilə nəzarət altına alınıb. Hələlik biz araşdırmaları davam etdiririk”, – Şapps bildirib.

Qeyd edək ki, London Rusiya təyyarələrini Böyük Britaniyada saxlamağa icazə verən qanunvericiliyə dəyişiklik edəcək. Belə təyyarələrin ölkədə uçuşu və enişi cinayət hesab oluncaq. Britaniya xarici işlər naziri Liz Tras bildirib ki, dəyişikliklər Rusiyaya, rus oliqarxlara və Kremlə yaxın şirkətlərə əlavə iqtisadi ziyan vuracaq.

Onun sözlərinə görə, hökumət Ukraynaya dəstəyini və Rusiyanı beynəlxalq arenada təcrid etmək səylərini davam etdirəcək.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa Nüvə Tədqiqatları Təşkilatı Rusiya ilə əməkdaşlığı dayandırdı

Sonrakı məqalə

Türkiyə və İsrail prezidentləri Ankarada görüşüb