Brüs Li nədən ölüb? –İspaniya alimləri açıqladılar /FOTOLAR

İspaniya alimləri məşhur kino aktyoru, döyüş sənəti ustası Brü Linin ölümünün səbəbini onun çoxlu su içməsi ilə izah ediblər. 

Azpost.info bildirir ki, bununla bağlı tibbi araşdırma “Clinical Kidney Journal”da dərc edilib.

Mütəxəssislər aktyorun vərdişlərini, yaxın ətrafının ifadələrini və cəsədin yarılmasının nəticələrini analiz ediblər.

Bu nəticələr göstərib ki, Brüs Linin ölümü beyin ödemi nəticəsində baş verib.  Madrid Universitetində Prisilla Vilyalvasonun rəhbərliyi altında çalışan alimlər hesab edir ki, ölümə hiponatriyema -mayenin orqanizmdə gecikməsi səbəb olub. Bu zaman qanda natri maddəsinin sayı kritik səviyyədə kəskin aşağı düşür. Bu vəziyyət xəstəlikdən yaxud bol su içməkdən ola bilər.

Alimlər qeyd ediblər ki, Brüs Li marixuanadan istifadə edirmiş. Bu isə orqanizmdə susuzluq hissini gücləndirir. Ekspertlərin fikrincə, bundan başqa respet həbləri, kəskin böyrək çatışmamazlığı və ciddi fiziki yüklənmə mayenin orqanizmdən xaric olunmasına mane olur.

Brüs Li Honkonqda 20 iyul 1973-cü ildə vəfat edib. Bir versiyaya görə, onun ölümünə səbə “Ekvadcestik” həblərinin  qəbulu səbəb olub.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiya telekanalı separatçı Ruben Vardanyanla müsahibəni yaymaqdan imtina edib

Sonrakı məqalə

İstanbulda törədilən terrorla bağlı 5 nəfər Bolqarıstanda saxlanılıb