Koreya yarımadası ətrafında son vaxtlar hərbi-siyasi gərginlik bu regionda yeni böhranın yaxınlaşmasından xəbər verir.
Azpost.info bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin birinci Asiya departamentinin direktoru Georgi Zinovyev TASS-a müsahibəsində deyib.
“Koreya yarımadasındakı hadisələrin dinamikası yeni böhranın yaxınlaşmasından xəbər verir. Bunun bariz əlaməti hərbi-siyasi gərginliyin artması və əsas qarşı-qarşıya duran tərəflər – KXDR, ABŞ və onun müttəfiqləri Koreya Respublikası, Yaponiya arasında döyüşkən ritorikanın artmasıdır. Ötən ildən biz subregionda hərbi fəallığın sonuncu tərəfindən artmasını müşahidə edirik”, – diplomat qeyd edib.
Zinovyev regionda misli görünməmiş miqyasda hərbi təlimlərin keçirildiyini, ABŞ-ın çoxsaylı hərbi texnika və hərbi personaldan istifadə etməklə yanaşı, Koreya yarımadası ətrafında strateji imkanlarını cəmlədiyini diqqətə çatdırıb.
“1981-ci ildən bəri ilk dəfə nüvə silahına malik ballistik raketləri olan Amerikanın “Kentukki” sualtı qayığı Cənubi Koreya sularında peyda olub. ABŞ-Cənubi Koreyanın birgə hərbi manevrləri bu yaxınlarda yekunlaşıb. Vaşinqton bu təlimlərə 1950-1953-cü illərdə Koreya Müharibəsi zamanı öz kosmik qüvvələrini və BMT Komandanlığının bayrağı altında döyüşən ölkələrin nümayəndələrini cəlb edib. Bundan əlavə, ABŞ, Koreya Respublikası və Yaponiya arasında raketdən müdafiə üzrə üçtərəfli təlimlər tez-tez baş verir ki, bu da müvafiq razılaşmalar çərçivəsində mütəmadi əsaslara keçirilir”-deyə Zinovyev vurğulayıb.
O, əlavə edib ki, üç ölkə arasında real vaxt rejimində Şimali Koreyanın raket buraxılışlarına dair kəşfiyyat məlumatlarının mübadiləsi mexanizmi yaradılır. Zinovyev qeyd edib ki, yuxarıda sadalanan faktların hamısı fundamental xarakter daşıyır. Diplomat qeyd edib ki, bu manevrlərin rutin və sırf müdafiə xarakterli olması barədə deyilənlərə inanmaq çətindir.
Azpost.info