“Bu aqressiv cəhdlər Rusiyanı laxlatmağa hesablanıb”--PUTİN

“Bir sıra dövlətlərin dünya tarixini yenidən yazmaq cəhdləri daha aqressiv hal alır. Belə cəhdlərin hədəfi Rusiyanı zəiflətmək, suverenliyinə təsir göstərmək və laxlatmaqdır”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin “Qələbə” tşəkilat komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tarixi yenidən yazmaq cəhdləri Rusiyanın zəiflətmək məqsədi daşıyır: “Tarixin təhrif olunması, miflərin yaradılması, dəyərlərin aşınması -məhz bununla dövlətin laxladılması başlanır. Bu ssenari artıq bir sıra ölkələrdə, o cümlədən Ukrayanda  tətbiq edilib”.

“Rusiya ilə də belə davranmaq cəhdləri olub. Amma biz vaxtında və qətiyyətlə bunun qarşısını ala bildik”-deyə Putin vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda daha 36 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Azərbaycanın sabiq Baş Prokuroru vəfat edib