“Moskva Ukraynadakı xüsusi əməliyyatla bağlı tənqidi bəyanat səsləndirən rusiyalı diplomat Boris Bondarevin BMT-dəki vəzifəsindən azad edilməsindən xəbərdardır”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. “Bu diplomat bizimlə deyil, bizə qarşıdır”, – Peskov Bondarevin bəyanatını şərh edib.
Qeyd edək ki, B.Bondarev Ukraynadakı müharibəyə etiraz edərək Rusiyanın BMT-dəki missiyasının müşaviri vəzifəsindən istefa verib. Sosial şəbəkədə istefasının səbəbləri barədə danışan diplomat bildirib ki, Putinin Ukraynaya qarşı apardığı təcavüzkar müharibə təkcə Ukrayna xalqına deyil, həm də Rusiya xalqına qarşı ağır cinayətdir.
Azpost.info