Bu gün ABŞ-ın azad edəcəyi 5 iranlı məhbusdan yalnız ikisi ölkəsinə qayıdacaq- RƏSMİ

İran və ABŞ məhbus mübadiləsi edəcək.

Azpost.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bildirib.

Onun sözlərinə görə, prosedurun sentyabrın 18-də həyata keçirilməsi planlaşdırılır. Mübadilə “beşə-beş” düsturuna uyğun olaraq həyata keçiriləcək.

“Mübadilə bu gün baş tutacaq. ABŞ-dakı 5 iranlı məhbus azadlığa buraxılacaq, İrandakı 5 amerikalı məhbus da bu ölkəyə təhvil veriləcək”, – XİN nümayəndəsi bildirib.

Onun sözlərinə görə, İrana yalnız iki nəfər qayıdacaq. Daha iki nəfər ABŞ-da qalacaq, bir məhbus isə üçüncü ölkədəki ailəsinin yanına gedəcək.

İki ölkə arasında razılaşma avqust ayında Ağ Ev tərəfindən təsdiqlənib. ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Tehran beş ABŞ vətəndaşını azad etdikdən sonra da Vaşinqton İrana qarşı sanksiyaları yumşaltmayacaq.

Azpost.info

Əvvəlki məqalə

Medvedev cəbhə xəttinə gedib

Sonrakı məqalə

“Sağlamlıq arayışını biz vermirik”