Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək

Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək.

Seçki məntəqələri yerli vaxtla səhər saat 08.00-da açılacaq. Seçki məntəqələri böyük şəhərlərdə saat 20.00-da, digər yaşayış məntəqələrində isə saat 19.00-da bağlanacaq.

Beş il əvvəl olduğu kimi yenə prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Emmanuel Makron və Milli Birlik Partiyasının sədri Marin Le Pen mübarizə aparır.

Bu iki namizəd prezident seçkilərinin ilk turunda müvafiq olaraq 27,85% və 23,15% səs toplayıb.

Əvvəlki məqalə

Putin Moskvada Pasxa mərasimində dua edib

Sonrakı məqalə

Tramp Baydenin boşluğa əl sıxmasını ABŞ-ı cəhənnəmə apardığını bildirib