“Bu gün Kiyevdə olmalı idim, dəvət etmədilər”- Gürcüstan prezidenti

“Rusiya ilə silahlı münaqişənin başlanmasının ildönümündə Ukrayna paytaxtında olmaq istərdim, lakin Kiyev məni dəvət etmədi”.

Azpost.info xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

“Gürcüstan prezidenti, əlbəttə ki, bu gün Kiyevdə olmalı idi və mən buna hazır olduğumu vaxtında bildirdim. Təəssüf ki, dəvət almadım. Lakin parlament dəvətə baxmayaraq, rəsmi nümayəndə heyətinin göndərilməsini lazım bilmədi”, – Zurabişvili deyib.

Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyasının liderlərindən İrakli Zarkua dəvət gəlməsinə baxmayaraq, Gürcüstanın parlament və hökumət nümayəndə heyətlərinin Kiyevdə hərbi əməliyyatların başlanmasının ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməyəcəyini açıqlayıb.

Azpost.info

Əvvəlki məqalə

Ər, ata və qaynana boşanmaq istəyən qadını zorla maşına basıb apardılar –

Sonrakı məqalə

Salyanda 13 yaşlı qıza qarşı cinsi təcavüzə görə 4 nəfər həbs edilib –