Bu il Bakı məktəblərinə işə qəbul olunanların sayıAÇIQLANIB

Bu il Bakı məktəblərində işə qəbul olunan şəxslərin statistikası açıqlanıb.

APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev bildirib ki, bu il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub və 943 nəfər işə qəbul olunub: “Bunlardan 414 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi, 274 nəfər vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin daimiləşmə prosesi, 255 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi nəticəsində işə qəbul edilib. 1099 nəfər müddətli müqavilə ilə işə qəbul üçün göndərilib. 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1099 nəfər namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib”.

O vurğulayıb ki, 563 müəllimlə müddətli müqavilə bağlanıb: “BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1245 işçidən 563 nəfəri ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib”.

Həmçinin bu il 29 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 27 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 23 nəfər psixoloq, 24 nəfər kitabxanaçı, 9 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər, 18 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 152 nəfər laborant vəzifəsinə (ümumilikdə 282 nəfər) işə qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib

Sonrakı məqalə

BDU-da dövlət hesabına oxuyan tələbələrin sayında artım var