Bu il Bakıda 4 məktəb direktoru işdən çıxarılıb, 18 nəfər vəzifəyə təyin edilib- Təhsil İdarəsi

2019-2020-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

İdarədən “Report”a verilən məlumata görə, 12 direktorun iş yeri dəyişdirilib.

111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib, 2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda əhalinin 49,9 faizi kişi, 50,1 faizi qadındır

Sonrakı məqalə

İqtisadi fəal əhalinin sayı 5,2 milyondan çoxdur