2020-ci ilin yanvar-aprel aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 571 nəfər Azərbaycana gələn, Azərbaycandan isə 328 nəfər gedən qeydə alınıb.
Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib. Verilən məlumata görə, ölkə üzrə miqrasiya saldosu müsbət 243 nəfər təşkil edib.