Bu meymunlar bir-birini öz adı ilə çağırır, “söhbət” edirlər –Yeni araşdırma /FOTO

Marmoset meymunları bir-birlərinə şəxsi adlar verirlər ki, bu da insan dilinin, eləcə də heyvanlar aləmində sosial ünsiyyətin təkamülünün öyrənilməsinə yeni üfüqlər açır.

Azpost.info-nun məlumatına görə, “İflScience” nəşrinin xəbərində deyilir ki, marmoset meymunları üzərində aparılan yeni araşdırma bu heyvanların bir-birini adla çağırdığını sübut edib.

Hal-hazırda, yalnız insanlar, delfinlər və fillərin fərdlərə istinad etmək üçün adlar və yaxud da xüsusi səslər istifadə etdiyi məlumdur. Buna “vokal işarələmə” deyilir. Elm adamları isə uzun müddət idi ki, bəzi meymunların ondan istifadə edə biləcəyi ilə maraqlanırdılar.

Alimlər marmoset cütləri arasında təbii “söhbətləri”, eləcə də onların kompüterlə qarşılıqlı əlaqələri öyrənməklə bu xüsusi səsləri kəşf ediblər. Aparılan tədqiqatlar zamanı belə məlum olub ki, marmosetlər onlara nə vaxt müraciət edildiyini əslində yaxşı başa düşür və qarşılığında da buna cavab verə bilirlər.

Həmçinin məlum olub ki, marmosetlərin hamısı ailələrdə xüsusi adlardan istifadə edirlər. Eyni zamanda meymunlar tez-tez dostların “zənglərinə” də cavab verirlər. Meymunlar öz dostlarını unutmur, daima bir-birilərindən xəbər tuturlar.

Marmosetlər növü 2 və yaxud 8 nəfərdən ibarət olan kiçik ailə qruplarında yaşayan yüksək sosial heyvanlardır. Belə meymun növləri də vaxtlarının çoxunu ağaclarda keçirirlər, həmçinin onlar çox geniş yayıla bilən sosial səslərə malikdirlər. Onların ən böyük üstünlüyü lazım olan məqamda öz ailə üzvlərinin adlarını ərazidən və yaxud da ağaclardan çağırmaq qabiliyyətidir ki, bu da marmosetlərin Mərkəzi və Cənubi Amerikanın sıx meşələrində birlikdə qalıb yaşamasına kömək edə bilən çox böyük inkişafın nəticəsidir.

“Marmosetlər növündən olan meymunlar kiçik, monoqam ailə qruplarında yaşayır və insanlar kimi birlikdə balalarına qulluq edirlər. Bu onu göstərir ki, onlar bizim ilk əcdadlarımız kimi eyni prosesi adlamaqla təkamül mərhələsinə keçid dövründə çox böyük sosial problemlərlə üzləşiblər. Elə bu da çox güman ki, meymunlarda oxşar ünsiyyət üsullarının inkişafına səbəb ola biləcək əsas faktordur” deyə tədqiqatlar qrupuna rəhbərlik edən, həmçinin Qüds İvrit Universitetinin alim əməkdaşı David Omer bildirib.

Oqtay Qorçu

Əvvəlki məqalə

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət məhdudlaşdırılaraq

Sonrakı məqalə

“Qarabağ Ermənistan üçün hüquqi vahid kimi mövcud deyil” –