Rusiyanın əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Vladimir Xavinson “Rossiya 1” telekanalının efirində kökəlməyə kömək edən meyvə və giləmeyvələrin adını çəkib.
Mütəxəssisin fikrincə, banan, üzüm və əncirin tez-tez yemək artıq çəkiyə səbəb ola bilər. Çünki bu məhsullarda çox miqdarda qlükoza var: “Qlükoza bədənə daxil olduqda, insulinin istehsalına da kömək edir. Bu insulin artıq qlükozanı yağa çevirməyə kömək edir və insanlarda piylənmə yaranır”, – Xavinson deyib.
Bu baxımdan həkim bu məhsullara daha diqqətli olmağı və onların istifadəsini məhdudlaşdırmağı tövsiyə edib.