“Bu müharibəni döyüş meydanında udmaq lazımdır” –Avropa İttifaqının Ali nümayəndəsi

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrel Aİ tarixində ilk dəfə olaraq münaqişənin diplomatik deyil, hərbi yolla həllini arzulayıb.

Azpost.info xəbər verir ki, bu barədə o, “Tvitter”də yazıb. “Bu müharibəni döyüş meydanında qazanmaq lazımdır” deyən Borrel Ukraynaya silah alınması üçün əlavə 500 milyon avro ayrıldığını bildirib.

O, Moskvaya qarşı yeni sanksiyalarla bağlı planları açıqlayıb və aprelin 11-də Aİ xarici işlər nazirlərinin görüşündə məsələnin müzakirə olunacağını deyib.

Azpost.info

Əvvəlki məqalə

Boris Conson Zelenski ilə Kiyev küçələrini gəzib –

Sonrakı məqalə

Parlament İmran Xana etimadsızlıq göstərdi –