Bu qan qrupu olan analar dünyaya ağıllı və gözəl uşaq gətirir –Alimlərdən yenilik

Pakistanlı alimlər hansı qan qrupuna aid anaların ən gözəl və ağıllı uşaqlara sahib olduğunu müəyyən ediblər.

Alimlərin bu araşdırması göstərib ki, birinci qan qrupu olan qadınların, bir qayda olaraq, yüksək IQ-ya malik olan uşaqları dünyaya gəlir. Elm adamlarının fikrinə görə bu uşaqlar başqaları ilə müqayisədə daha çox seçilir və cəmiyyət tərəfindən bəyənilir.

Birinci qan qrupundan olan bu qadınların hamiləlik dövrü fizioloji cəhətdən həm də çətin keçir, çünki başqa qruplardan olan qadınlarlarla müqayisədə onlar fərqli bir analıq xüsusiyyətlərinə malikdirlər.

Ekspertlərin əksəriyyəti bu araşdırmalar ilə bağlı elmi “National Journal of Health Sciences” jurnalında dərc olunmuş böyük məqaləni yüksək qiymətləndiriblər.

Nəşr yazır: “Alimlərin bununla bağlı elmi izahında deyilir ki, uzun müddət davam edən bu araşdırmaların nəticəsi dəqiq və çox uğurlu olub. Alimlər bildiriblər ki, bu qan qrupundan olan hamilə qadınların yumurtalarının sayı, həmçinin keyfiyyəti daha azdır və məhz elə buna görə yüksək keyfiyyətli embrionların müəyyən proses dövründə təbii seçimi yaranır.

Alimlərə görə dördüncü qrupdan olan bir çox valideynlər isə güman ki, tam sağlam və atletik uşaqlar dünyaya gətirəcəklər.

Üçüncü qan qrupunun nümayəndələrinin də yaradıcı körpələri dünyaya gətirməsi qənaətinə gələn alimlər belə körpələrin daha çox mədəniyyətə, incəsənətə meylli olduğunu söyləyiblər.

Tədqiqatçılar həmçinin II qan qrupu olan anaların övladlarının tənqidi düşüncəyə daha çox meylli olduğunu iddia edirlər.

Mütəxəssislər həmçinin xatırladıblar ki, onların ifadələri uşağın qabiliyyətlərinin 70%-nin anadan ötürülməsi ilə bağlıdır, çünki onlar əsasən qadının qan qrupu ilə müəyyən edilir.

Bu tədqiqatlardan daha əvvəl isə alimlər daşıyıcıları uğurlu və çox zəngin olan qan qruplarını da müəyyən etmişdilər.

Oqtay Qorçu

Əvvəlki məqalə

“Eyni anda güclü atəş zərbəsi düşməndə şok effekti yaratdı” –

Sonrakı məqalə

Bomba xəbərinə görə Ərzurum üzərində hava məkanı bağlanıb