“Bütün diqqətimizi Putin və Əliyev arasındakı razılaşmalara yönəltmişik” - LAVROV /VİDEO

“Moskva Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında əldə olunan bütün razılaşmaları həyata keçirməyə hədəflənib”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə bildirib.

Lavrov C.Bayramovla görüşü prezidentlərin təmasları öncəsi ikitərəfli münasibətlərin müzakirəsi üçün fürsət adlandırıb.

“Biz bütün diqqətimizi prezidentlər Putin və Əliyev arasında əldə olunan bütün razılaşmaların həyata keçirilməsinə yönəltmişik”, – Lavrov bildirib.

Ceyhun Bayramov öz növbəsində Ermənistanla danışıqlar prosesində müsbət dinamikanı qeyd edib: “Ermənistanla danışıqlar prosesində müsbət tendensiya var. May ayındakı sıx təmasları nəzərdə tuturam”.

Azərbaycan XİN rəhbəri həmçinin ümidvar olduğunu bildirib ki, bu gün ikitərəfli əsasda Ermənistan və Azərbaycan arasında münaqişədən sonrakı nizamlanma ilə bağlı bir sıra məsələləri müzakirə etmək, eləcə də ikitərəfli əlaqələri və Azərbaycan və Rusiya arasında gündəliyi müzakirə etmək imkanı olacaq.

Azpost.info

 

Əvvəlki məqalə

Macarıstan Moskva ilə Kiyev arasında vasitəçi olmağa hazırdır

Sonrakı məqalə

Ölkədə əkin sahələri niyə azalıb? –