“Bütün qoşunlar Xersonu tərk edərək Dneprin sol sahilinə keçiblər”- Rusiya Müdafiə Nazirliyi

“Bütün qoşunlar Xersonu tərk edərək heç bir itki vermədən Dnepr çayının sol sahilinə keçiblər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bəyan edib.

“Dnepr çayının sol sahilinə köçürülmə zamanı sağ sahildə bir dənə də olsun hərbi texnika və silah qalmadı, bütün rus hərbçiləri oradan keçdi, rus qrupunun şəxsi heyəti, silah, texnika və materiallarının itkisinə yol verilmədi”, – məlumatda bildirilir.

O da qeyd olunur ki, rus qoşunlarının geri çəkilməsi noyabrın 11-də səhər saat 5-də başa çatıb.

Azpost.info

Əvvəlki məqalə

Pensiyalar 450 manat olacaq –

Sonrakı məqalə

Gələn ildən ünvanlı sosial yardım 500 manatdan çox olacaq –