“Bütün sahələrdə Rusiya ilə sıx bağlıyıq”- Türkiyə XİN rəhbəri

“Biz bütün sahələrdə Rusiya ilə sıx bağlıyıq”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Hətta Ukrayna münaqişəsinə və Ukrayna tərəfinin bizim pilotsuz təyyarələrimizdən istifadə etməsinə baxmayaraq, biz hələ də Moskva ilə sıx əlaqələr saxlaya bilirik”, – Çavuşoğlu deyib.

Türkiyə XİN rəhbəri diplomatiyanın bunu tələb etdiyini qeyd edib: “Bu diplomatiyadır. Əgər hər hansı bir səhv görsək, bu barədə tərəflərə açıq deyirik”.

Azpost.info

Əvvəlki məqalə

“Kılıçdaroğlu sanksiyalara qoşulacağını deyir, bunun bizə nə faydası var?”

Sonrakı məqalə

“Azərbaycanı kənarda qoyan bir Türk yolu ola bilməz”