Rusiya Ukrayna müharibəsində bu ölkədə dağılmış panel evləri bərpa etmək mümkün olmaya bilər.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə səfəri zamanı müharibə bağlı keçirilən işçi görüş zamanı deyib.
O bildirib ki, indi müasir hündürmərtəbəli binaların tikintisinə üstünlük verilməlidir.
Xüsusilə, o, zədələnmiş panel evlərin bərpasının mənzil fondunun modernləşdirilməsi yolu ilə mümkün olduğunu deyib.
Onun fikrincə, bu həm də ölkəni və şəhərləri müasirləşdirmək, modern üslublu yaşayış evləri tikmək üçün bir fürsətdir.
Zelenski vurğulayıb ki, yeni evlərdə bomba sığınacaqları da tikilməlidir.
“Biz vəsait, kredit xətləri tapmalıyıq. Dövlət bunu təminat etdiyi bir vaxtda şəhər və rayon rəhbərləri isə gözəl layihələr tapmalıdırlar”, – deyə Zelenski bildirib.
Xatırladaq ki, bu gün Zelenski ilk dəfə Kiyev vilayətindən kənarda ictimaiyyət qarşısında olub. O, Xarkov yaxınlığındakı Ukrayna qoşunlarının mövqelərinə baş çəkib.