Cənubi Afrikanın sabiq lideri haqqında həbs qərarı çıxarılıb

04 Fevral 2020 - 16:54

Cənubi Afrika məhkəməsi ölkənin sabiq dövlət başçısı Yakob Zuma haqqında həbs qərarı çıxarıb. O, 2018-ci ildə korrupsiyada ittiham olunub və Afrika Milli Konqresinin təzyiqi ilə istefa verib.

Azərtac “Əl Cəzirə” telekanalına istinadla xəbər verir ki, sabiq Prezident ötən ilin mayında xəstəliyi səbəbindən məhkəməyə gəlməyib. Onun vəkili məlumat verib ki, Zuma xaricdə müalicə olunur, lakin məhkəmə bunu prosesdə iştirak etməmək üçün səbəb hesab etməyib və onun barəsində həbs qəti-imkan tədbiri seçib.

Bildirilir ki, Yakob Zuma Fransanın “Thales” müdafiə sənayesi şirkəti ilə korrupsiya əlaqəsində ittiham olunur. Sabiq dövlət başçısı bu ittihamı rədd edib və 2009-cu ildə çirkli pulların yuyulması əməliyyatında əli olmadığını bəyan edib. Eyni zamanda, fransız şirkəti də korrupsiya ittihamını qəbul etməyib.