“Cənubi Koreyanın Ukraynaya hərbi yardım göstərmək istəyi onu münaqişə tərəfinə çevirəcək”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun fikrincə, bu, Seulun Rusiyaya qarşı qeyri-dost mövqeyindən xəbər verir: “Təəssüf ki, Seul bu hekayədə qeyri-dost mövqelər tutdu. Cənubi Koreyanın Ukraynaya silah tədarükünə başlaması dolayısı ilə onun münaqişədə iştirakı demək olcaq”.
Qeyd edək ki, Cənubi Koreya prezidenti Ukraynaya hərbi yardımın mümkünlüyünü bəyan edib.
Azpost.info