“Cənubi Qafqazda müsbət addımlar atılır” –

Türkiyə Prezidenti
01 Noyabr 2021 - 15:42

G20 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşümüzdə Əfqanıstanda və Cənubi Qafqazda vəziyyəti müzakirə etdik.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romadan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

O, oktyabrın 26-da Azərbaycana səfər etdiyini Fransa Prezidentinin diqqətinə çatdırdığını qeyd edib.

“Hazırda Cənubi Qafqazda müsbət addımlar atılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev qardaşımız bu müsbət addımları qətiyyətli şəkildə davam etdirmək istəyir”, – Türkiyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan razı olacağı təqdirdə regionda sülh platforması yaradıla bilər.