Cənubi Koreya prezidenti Hellouin bayramında ölənlərə görə üzr istədi

Cənubi Koreya Prezidenti Yoon Suk-yeol Seulun mərkəzində azı 156 nəfərin ölümü ilə nəticələnən izdihama görə üzr istəyib.

Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Təsviri mümkün olmayan faciə yaşayan qurbanların ailələrindən, bu ağrıya və kədərə şərik olanlardan üzr istəyirəm”, – dövlət başçısı bildirib.

O bildirib ki, ölkənin təhlükəsizlik sahəsində əsaslı dəyişikliklərə ehtiyacı var. Prezident günahkarların məsuliyyətə cəlb ediləcəyini və bu iş üzrə prosesin ictimaiyyətə açıq olacağını vəd edib.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında Hellouin bayramı qeyd olunarkən Seuldakı xiyabanlardan birində böyük izdiham yaranıb. Təxminən 100 min nəfərin iştirak etdiyi şənlikdə sıxlıq nəticəsində 156 nəfər ölüb, 100-ə yaxın insan müxtəlif dərəcədə xəsarət alıb. Ölənlər arasında 26 əcnəbi olub.

Azpost.info

Əvvəlki məqalə

Zəfər Günümüz

Sonrakı məqalə

Yevlaxda qəzada bu gün toyu olacaq qız və qohumu ölüb